ABŞ-da federal hökumətin fəaliyyətində yaranan məcburi fasilə artıq 34 gündür davam edir. Buna səbəb əlavə büdcənin razılaşdırılmaması olub. Əgər yaxın günlərdə respublikaçılar və demokratlar arasında kompromis əldə olunmasa, bu fasilə rekord göstəricini üstələyə bilər. Bu barədə ABC News məlumat yayıb.
3 noyabr, bazar ertəsi, ABŞ hökumətinin fəaliyyətində fasilənin 34-cü günü kimi tarixə düşüb və bu, onu ölkə tarixində ikinci ən uzun “şatdaun” (hökumətin fəaliyyətinin dayandırılması) edir.
ABŞ hökumətinin fəaliyyətində rekord uzunluqlu fasilə 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarına qədər, Donald Trampın birinci prezidentlik müddəti zamanı 35 gün davam etmişdi.

        
        