DenMedia.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, Demokratlar vətəndaşların pulunu qanunsuz miqrantların tibbi xidmətinə vermək və sərhədləri bütün dünyadan gələn cinayətkarlara açmaq istəyirlər. Tramp bunu hökumətin qismən dayandığı (şatdaun) bir dövrdə bildirib.
1 oktyabrda ABŞ-da rəsmi olaraq şatdaun başladı – hökumətin fəaliyyəti dayandırıldı, çünki Senat büdcə layihəsini təsdiqləməyib. Səbəb – Demokratlar və Respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi məsələsində fikir ayrılığı. Nəticədə yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndəriləcək, fövqəladə xidmət işçiləri isə pulsuz işləməyə məcbur qalacaq. Adi vətəndaşlar da bu vəziyyətdən əziyyət çəkəcək.