Hauser & Wirth incəsənət qalereyası, direktoru Böyük Britaniya kralı III Karlın qardaşı şahzadə Endryunun qızı şahzadə Eugeniyanın olduğu qurum, Rusiyaya qarşı sanksiya rejimini pozmaqda ittiham olunur.
Denmedia.az xəbər verir ki, bu barədə Times məlumat yayıb.
Jurnalistlərin araşdırmasına görə, qalereya 2022-ci ilin aprel–dekabr ayları arasında Rusiyayla əlaqəli şəxslərə lüks sənət nümunələri ötürüb.
Məlum olub ki, qalereya rəssam Corc Kondonun “İnsanlıqdan qaçış” adlı əsərini, həyat yoldaşı ilə birlikdə Popov Art Foundation təşkilatını idarə edən Aleksandr Popova təqdim edib. Bu məlumat Böyük Britaniyanın Vergi və Gömrük Xidmətinin araşdırmasından sonra üzə çıxıb.

