Böyük Britaniya kralı III Karlın qardaşı, şahzadə Endryu ABŞ maliyyəçisi Ceffri Epstein ilə əlaqələrinə görə York hersoqu titulundan imtina edib.
Denmedia.az xəbər verir ki, bu barədə şahzadənin bəyanatı Bukingem sarayının mətbuat xidməti tərəfindən yayılıb.
“Kral [III Karl] və ailə üzvlərimlə apardığımız müzakirələrdən sonra bu qərara gəldik ki, mənə qarşı davam edən ittihamlar, Zati-aliləri və kral ailəsinin gördüyü işləri kölgədə qoyur. Mən ailə və ölkə qarşısında öhdəliklərimi hər şeydən üstün tuturam. Beş il əvvəl ictimai həyatdan çəkilmək barədə verdiyim qərara sadiq qalıram. Zati-alilərin razılığı ilə hesab etdik ki, indi bir addım da irəli atmalıyam. Buna görə də mən artıq öz titul və ordenlərimdən istifadə etməyəcəyəm,” – deyə şahzadə bəyan edib.