ABŞ vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində bildirib ki, 79 yaşlı prezident Donald Tramp bəzən 20 saat yatmır.
“Əgər hansısa 20 saatlıq səfərə yollanırıqsa, o, bütün bu müddət ərzində yatmır,” — deyə Vens bildirib.
Vitse-prezidentin sözlərinə görə, belə hallarda Tramp işləməyə davam edir və ətrafındakı hər kəsdən də eyni enerjini gözləyir. O əlavə edib ki, ABŞ lideri “çox sağlamdır”.

