ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etməyə çalışır, lakin tərəfləri döyüşləri dayandırmağa və danışıqlara başlamağa razı sala bilmir.
DenMedia.az xəbər verir ki, bu barədə New York Post-a ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
“Biz elə nöqtəyə çatdıq ki, döyüşlərin dayandırılması həm Rusiya, həm də Ukraynanın maraqlarına uyğundur. Amma anlayın, prezident sadəcə qapını aça bilər — o, tərəfləri içəri keçməyə məcbur edə bilməz,” — deyə Vens bildirib.

