DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza sektorunun idarə olunması üçün formalaşdırılan “sülh şurası”na o özü və dünyanın aparıcı dövlətlərinin liderləri daxil olacaq. Bu barədə o, Ağ Evdə keçirilən görüş zamanı danışıb.
Tramp vurğulayıb ki, yeni struktur “ən nüfuzlu və ən çox hörmət edilən ölkələrin” rəhbərlərini bir araya gətirəcək.
“Sülh Şurası mənim və çox vacib, çox hörmətli dövlətlərin liderlərinin iştirakı ilə formalaşdırılacaq”, — deyə ABŞ prezidenti bildirib.

