DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən qəbul zamanı bildirib ki, 2026-cı ildə Nobel Sülh Mükafatına ümid edir.
“Mən səkkiz ay ərzində səkkiz müharibəni dayandırmış yeganə Amerika lideriyəm.
Nobel aldımmı? Xeyr... Hətta mən də dedim, bu mümkün deyil. Amma problem yoxdur — gələn ilin daha yaxşı olacağını düşünürəm,” — deyə Tramp vurğulayıb. 🇺🇸
Tramp əlavə edib ki, onu ən çox sevindirən fakt “yüz milyonlarla insanın həyatını xilas etməsidir.”