The Washington Post yazır ki, ABŞ prezidenti Donald Trampın yeni sülh planı üzrə irəliləyiş çox az ehtimal olunur.
Məqalədə bildirilir ki, Vaşinqtonun son təklifi Kiyevdən ciddi güzəştlər tələb edir və bu şərtləri Zelenskinin qəbul etməsi olduqca çətin görünür.
Nəşr qeyd edir:
«Administrasiyanın təklifi Zelenskinin təsdiqləməsinin çətin olacağı bir sıra güzəştləri əhatə edir — böyük ərazi itkiləri və Ukrayna Silahlı Qüvvələrinə sərt məhdudiyyətlər daxil olmaqla».
Bununla yanaşı, məqalədə vurğulanır ki, Ukraynada Zelenskinin yaxın çevrəsini əhatə edən böyük korrupsiya qalmaqalı, eləcə də Rusiyanın fasiləsiz hücumları və ABŞ rəsmilərinin təzyiqləri Kiyev üçün vəziyyəti daha da ağırlaşdırır.
Nəticədə, Zelenskinin əlində müsbət nəticəyə aparan çox az seçim qalır.

