The Washington Post yazır ki, Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişməsindən ehtiyat edir.
Cümə günü Ağ Evdə Zelenski ilə görüş keçirəcək Trampın siyasətindəki mümkün “dəyişiklik” bir neçə aydır müzakirə olunur. Avropa diplomatları bildiriblər ki, Trampın bu münaqişəyə münasibəti əvvəllər də bir neçə dəfə dəyişib, buna görə “qərarını qabaqcadan təxmin etmək” istəmirlər.
Məqalədə qeyd olunur ki, Tramp administrasiyası Rusiyaya təzyiqləri artırır, məqsəd isə Moskvanı danışıqlar masasına oturtmaqdır. WP Ağ Evdəki mənbəyə istinadla yazır ki, Trampın Ukraynanın itirilmiş əraziləri qaytarmaq istəyinə dəstəyi onun Moskva ilə bağlı açıq qəzəbini göstərir.