Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev səs-küylü açıqlamalar verməyəcək və Vaşinqtonla, eləcə də Avropa tərəfdaşları ilə təqdim olunan sülh planı üzərində işi davam etdirəcək.
DenMedia.az-ın məlumatına görə, bu barədə o, Telegram kanalında məlumat verib.
Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə ciddi bir söhbət aparılıb. Onun sözlərinə görə, Ukraynanın müstəqilliyini, suverenliyini və ləyaqətini qoruyan şərtlərlə sülh lazımdır. O əlavə edib ki, Kiyev üçün mühüm məqamları Vaşinqtona çatdırıb.
Prezident həmçinin Avropa liderləri ilə fəal danışıqlar apardığını söyləyib və Finlandiya prezidenti Aleksandr Stubblə son söhbətini, eləcə də Fransa prezidenti Emmanuel Makronla davamlı təmaslarını xatırladıb.

