Sektor Qəzzadakı vəziyyət hələ də “həssas və mürəkkəb” olaraq qalır, lakin İsrailin dəfələrlə atəşkəsi pozmasına baxmayaraq, barış rejimi əsasən qorunur. DenMedia.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uolts Bloomberg agentliyinə müsahibəsində bildirib.
O vurğulayıb:
“Hazırda vəziyyət çox həssasdır, mürəkkəbdir… Atəşkəs hələ də qüvvədədir, girovlar sağ halda azad olunub.”

