ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun təqdim etdiyi Ukrayna üzrə sülh planını qəbul etməkdən başqa yol qalmayacaq.
Tramp jurnalistlərlə söhbətində deyib:
“Siz demək istəyirsiniz ki, Zelenskiyə bizim təklif etdiklərimiz xoş deyil? O, bunu qəbul etməli olacaq… bir nöqtədə o, nəsə ilə barışmalı olacaq… Yadınıza salın, elə bu yaxınlarda, düz Oval kabinetdə ona dedim: ‘Sizin əlinizdə heç bir kozır yoxdur.’ Unutmayın, mən bu müharibəni irsi olaraq qəbul etmişəm.”
Əgər Zelenskiyə ABŞ planı xoş deyilsə, o zaman döyüşməyə davam edə bilər, – deyə Tramp əlavə edib.
Bununla yanaşı, ABŞ lideri bildirib ki, Ukrayna ilə Rusiya arasında sülhün çox tezliklə əldə olunacağına inanır.

