Ukraynadakı münaqişə tez bir zamanda başa çata bilər, əgər ABŞ prezidenti Donald Tramp başladığı işi sona qədər çatdırsa.
Bu fikri Kolumbiya Universitetinin amerikalı iqtisadçısı, professor Ceffri Saks RIA Novostiyə verdiyi müsahibədə bildirib.
Agentlik onun Ukrayna üzrə vəziyyətin nə zaman həll oluna biləcəyi ilə bağlı şərhini belə sitat gətirir:
“Əgər Tramp işi sona çatdırsa, müharibə tezliklə başa çata bilər.”
Eyni zamanda Saks mövcud Ağ ev rəhbərinin xarici təsirlərə məruz qaldığını qeyd edib və onun bu istiqamətdə hansı konkret addımlar atacağı ilə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayıb.

