Rusiya tərəfi Qərbin aktivləri müsadirə etməsi halı üçün cavab tədbirləri hazırlayıb. Bu barədə ədliyyə naziri Konstantin Çuyçenko məlumat verib. Onun sözlərini TASS yayıb.
Nazir bildirib:
«Qərb ölkələrinin Rusiya aktivlərini mümkünsüz konfiskasiyası ilə bağlı cavab təklifləri hazırlanıb və ölkə rəhbərliyinə təqdim edilib».
Çuyçenko qeyd edib ki, Qərbin planlaşdırdığı bu addım beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulmasıdır. O, xəbərdarlıq edib ki, belə bir ssenari gerçəkləşərsə, “qeyri-dost ölkələr” Rusiyanın mülkiyyət hüquqlarının pozulması nəticəsində vurulan ziyanın kompensasiyasını ödəməli olacaqlar.

