MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossinin sözlərinə görə, qurum Ukraynada gedən xüsusi hərbi əməliyyat şəraitində Rusiya ilə dialoqu davam etdirir, çünki nüvə risklərinə nəzarət üçün alternativ yollar mövcud deyil.
DenMedia.az- ın məlumatına görə, onun sözlərini TASS agentliyi yayıb:
“Münaqişə yeni başlayanda bir çox Qərb ölkələri mənim Rusiya Prezidenti ilə dialoq qurmağımı tənqid edirdi. Amma mən başqa kimlə danışmalıyam?”
Qrossi qeyd edib ki, Qərbin tənqidlərinə baxmayaraq, bu əlaqə nüvə təhlükəsizliyi məsələlərinə müəyyən dərəcədə təsir göstərməyə imkan verir.