ABŞ müdafiə naziri Pit Hegset bildirib ki, Pentaqonun rəhbəri kimi təyin olunması “Allahın istəyi və Donald Trampın xahişi” nəticəsində baş verib. O bunu jurnalist Keyti Millerin podkastında deyib.
Hegsetin sözlərinə görə, o, vəzifəsini ilahi bir planın tərkib hissəsi kimi qəbul edir və Trampın təklifinə heç bir tərəddüd olmadan razılıq verib:
“Bu vəzifə mənim üçün bir nemətdir. Mən buradayamsa, bu, Allahın iradəsidir.”
Nazir əlavə edib ki, öz postunu xidmət və məsuliyyət kimi görür və bununla fəxr etdiyini bildirib.

