ABŞ prezidenti Donald Tramp bildirib ki, Pentaqon rəhbəri Pit Hegsetin Venesuela sahillərində narkotik daşıyan gəmilərə zərbələrdən sonra sağ qalanları “məhv etməyi” əmr etməsi ilə bağlı yayılan məlumat yoxlanılacaq.
«Biz bunu araşdıracağıq», — deyə ABŞ lideri jurnalistlərlə söhbətində bildirib.
Tramp əlavə edib ki, özü belə bir göstəriş verməyib, lakin Hegsetin sözlərinə tam etibar edir və onun bu cür əmrlər vermədiyini düşünür.
Pentaqon rəhbərinin belə bir göstəriş verdiyi barədə məlumatı mənbələrə istinadən The Washington Post yayıb. Nəşrin məlumatına görə, Karib dənizində venesuelalıların gəmisinə ilk zərbəni endirən xüsusi əməliyyat qüvvələrinin komandiri guya Pentaqon rəhbərinin “təlimatlarına uyğun olaraq” sağ qalanları məhv etmək üçün ikinci zərbə əmrini verib.
Bundan sonra Hegset mediaya qarşı çıxaraq onları ABŞ əsgərlərini — “vətəni müdafiə edən döyüşçüləri” — gözdən salmaq məqsədilə “uydurma və təxribat xarakterli məlumatlar yaymaqda” ittiham edib.

