Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin təyyarəsi 1989-cu ildə Mozambik üzərindən uçarkən hava hücumundan müdafiə tərəfindən atəşə tutulub. Bu barədə Daily Mail məxfi sənədlərə istinadən yazır.
“Buraxılan raketlər hədəfə dəyməsə də, Britaniyanın Xarici İşlər Nazirliyi münasibətlərin pozulacağından ehtiyat edərək bu insidenti onilliklərlə gizli saxladı,” — deyə materialda bildirilir.
Məlumata əsasən, hadisə Tetçerin Afrika səfəri zamanı baş verib və məsuliyyət sərxoş PVO komandirinin üzərinə qoyulub.
Britaniya tərəfi məsələ ilə bağlı araşdırma aparmağa çalışsa da, Mozambik hakimiyyəti sonradan etiraf edib ki, Tetçerin təyyarəsi səhvən və sərxoş batareya komandiri tərəfindən atəşə tutulub.
O vaxt Britaniya hökuməti məsələ barədə açıq bəyanat verməyib və Mozambikin rəsmî hesabatı 2030-cu ilə qədər məxfi saxlanılır.

