İsveçin paytaxtında son 15 ildə ilk dəfə neonasist yürüşü keçirilib. swedenherald.com portalının məlumatına görə, fakellə keçirilən yürüşdə təxminən 150 nəfər iştirak edib.
«İndi nasistlər yenidən bizim küçələrimizdə yürüyür. Bu, dəhşətlidir və təhlükəlidir. Biz reaksiya verməli və bu sağ-ekstremist dalğaya qarşı durmalıyıq», — deyə sosial-demokratların hüquq siyasəti üzrə nümayəndəsi Tereza Karvalyu bildirib.
Məlumata görə, yürüş zamanı bir polis əməkdaşı xəsarət alıb, 15 nəfər saxlanılıb.
“Sözdə Salem yürüşü” 17 yaşlı millətçi "skinhead" Daniyel Vredstremın ölümünün 25-ci ildönümünə həsr olunub. O, 2000-ci ildə Stokholm ətrafında ehtimal olunan immiqrant gəncliklə toqquşma zamanı öldürülmüşdü.

