Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-dakı həmkarı Donald Trampa ikon, onun həyat yoldaşı Melaniya Trampa isə zinət əşyası hədiyyə edib. Bu barədə “Birinci İnformasiya” telekanalı məlumat yayıb. Belarus lideri hədiyyələri Minskdə ABŞ-ın xüsusi nümayəndəsi Con Koula şəxsən təqdim edib və hər bir ünvan sahibi üçün ayrıca izahat verib.
“Bunu Melaniyaya verərsən. Bunlar slavyan işidir. <…> Bu, bizim xristian ikonamızdır. Amerikada o, çox dəyərlidir. Tramp da bu (müqəddəs — red.) Nikolayı çox hörmətlə qarşılayır. Burada hər şey yazılıb,” — deyə Lukaşenko bildirib.
Belarus prezidenti həmçinin ABŞ nümayəndəsinin həyat yoldaşı, jurnalist Qreta Konvey Van Sasterenlə də söhbət edib. O, ölkələr arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, bu proses böyük ölçüdə Vaşinqtonun mövqeyindən asılıdır.

