ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib ki, xüsusi nümayəndə Stiv Uitkoff əvvəllər Rusiya barədə demək olar ki, heç nə bilməsə də, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün ən uyğun keyfiyyətlərə malikdir.
Dövlət başçısının sözlərinə görə, o, 20 il ərzində Nyu-Yorkda hər kəslə iş görüb və “bu adamla” ilk dəfə qarşılaşanda Uitkoffun ən yaxşı keyfiyyətlərə sahib olduğunu dərhal sezib. Tramp qeyd edib ki, gələcək xüsusi nümayəndə Nyu-Yorkda daşınmaz əmlak sahəsində çalışıb və “Rusiyadakı çaylar və sərhədlər barədə heç nə bilmirdi”.
Tramp vurğulayıb ki, Uitkoffun xarakteri mükəmməldir. Ağ Evin rəhbəri əlavə edib ki, onun başqa güclü danışıqlar aparan adamları da var, lakin onlarla razılaşma əldə etmək üçün sanki əvvəlcə üçüncü dünya müharibəsini başlatmaq lazımdır.

