Avropa İttifaqına üzv ölkələr Fransanın Avropanın siyasi və hərbi mərkəzi rolunu üzərinə götürməsini istəyirlər. Bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, Avropa İttifaqı daxilində yeganə nüvə dövləti Fransadır və ölkə müstəqil müdafiə sənayesinə malikdir.
“Bizim ehtiyacımız var ki, Emmanuel Macron təşəbbüsü üzərinə götürsün. Fransadan başqa bunu kim edə bilər?” — deyə Avropa diplomatı vurğulayıb.

