Avrodiplomatiyanın rəhbəri Kaja Kallas və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen korrupsiya araşdırmasının hədəfinə düşmüş keçmiş yüksək vəzifəli Avropa İttifaqı diplomatları ilə bağlı qalmaqaldan məsafə saxlayırlar. Bu barədə Politico nəşri mənbələrə istinadən yazır.
“Ursula fon der Lyayen, Avropa İttifaqının diplomatik xidmətini bürüyən korrupsiya ittihamlarından məsafə saxlayır”, — deyə məqalədə bildirilir.
Adı açıqlanmayan Aİ rəsmisi qeyd edib ki, “istintaq tamamilə başqa bir quruma qarşı aparılır”.
Politico-nun məlumatına görə, Kaja Kallas EEAS əməkdaşlarına ünvanladığı məktubda həmin hadisələrin “onun diplomatik xidmətə gəlməsindən əvvəl baş verdiyini” xatırladıb.

