Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində paylaşım edərək Venesuelada hakimiyyətin dinc yolla ötürülməsini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, ölkədə atılan bütün addımlar beynəlxalq hüququn normalarına və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə hörmət etməlidir. Fon der Lyayen bəyanatında ABŞ hərbçiləri tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun guya oğurlanması iddialarına toxunmayıb, yalnız “Venesueladakı vəziyyət”dən danışaraq özünün və beynəlxalq ictimaiyyətin prosesi yaxından izlədiyini vurğulayıb.

