ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirildiyini və ölkədən çıxarıldığını iddia edib. Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri yazıb:
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, Prezident Nikolas Maduraya qarşı genişmiqyaslı zərbəni uğurla həyata keçirdi. Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilib və təyyarə ilə ölkədən çıxarılıb.”
Tramp həmçinin 3 yanvar, şənbə günü bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirib. Rəsmi qurumlardan iddiaların təsdiqi ilə bağlı hələlik açıqlama verilməyib.

