ABŞ Prezidenti Donald Tramp İranın rəsmi şəxsləri ilə bütün təmasları dayandırdığını, həmçinin etirazçıları dövlət qurumlarını ələ keçirməyə çağırdığını bəyan edib. O, bu barədə Truth Social hesabında yazıb.
O bildirib ki, İran hakimiyyəti nümayişçilərə qarşı güc tətbiq etməyi dayandırmayana qədər İran nümayəndələri ilə heç bir görüş olmayacaq.
“İranlı vətənpərvərlər, etirazları davam etdirin — öz qurumlarınızı ələ keçirin! <...> Kömək artıq yoldadır. İranı yenidən möhtəşəm edək”, — deyə o yazıb.

