ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının Amerika texnologiya nəhənglərinə tətbiq etdiyi milyardlarla dollarlıq cərimələrə sərt reaksiya göstərib.
DenMedia.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.
Qeyd edib ki, Brüssel bu addımlarla ABŞ -ın innovativ gücünə zərbə vurur və Vaşinqton buna cavab vermək niyyətindədir.
Trampın sözlərinə görə, Aİ“Google”a qarşı 3,5 milyard dollarlıq cərimə tətbiq edib, “Apple” isə 17 milyard dollar ödəməyə məcbur edilib.
ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, belə addımlar davam edərsə, Vaşinqton 1974-cü il Ticarət Aktının 301-ci bölməsi üzrə icraat başladacaq. Bu isə Avropa məhsullarına qarşı daha yüksək tariflərin tətbiqinə yol aça bilər.