NATO ilə ABŞ arasında Qrenlandiya ilə bağlı nəzərdə tutulan razılaşma adanın suverenliyinin ABŞ-a verilməsini ehtiva etmir. Bu barədə mənbələrə istinadən Axios məlumat yayıb.
Nəşrin məlumatına görə, razılaşma layihəsində ABŞ tərəfindən hazırlanmaqda olan “Golden Dome” raket əleyhinə müdafiə sisteminin adada yerləşdirilməsi nəzərdə tutulur.
“Razılaşma Qrenlandiya üzərində tam suverenliyin Danimarkadan ABŞ-a verilməsini nəzərdə tutmur”, — deyə məlumatda qeyd olunur.

