ABŞ Konqresinə Qrenlandiyanın ABŞ-ın 51-ci ştatı kimi birləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Qanun layihəsini respublikaçı konqresmen Randy Fine irəli sürüb. Bu barədə Fox News məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, sənəd ABŞ prezidenti Donald Trampa Qrenlandiya ilə bağlı zəruri addımları atmaq üçün geniş səlahiyyətlər verməyi nəzərdə tutur.

