ABŞ yaxın aylarda Qrenlandiya üzərində nəzarət yaratmağa cəhd göstərə bilər.
Bu barədə Politico amerikalı rəsmilərə və siyasi icmalçılara istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri və 4 iyul tarixində Amerikanın müstəqilliyinin 250 illiyi ərəfəsində Qrenlandiya məsələsi ilə bağlı addımların atılması istisna edilmir.
“ABŞ yaxın aylarda Qrenlandiya üzərində nəzarət yaratmaq üçün əlverişli fürsətdən istifadə etməyə cəhd göstərə bilər”, – deyə nəşr yazır.

