Avropa İttifaqının növbədənkənar sammitində Arktika regionunun hərbiləşdirilməsi ilə bağlı strateji qərar qəbul edilib. Bu barədə görüşün yekunlarına dair Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlama verib.
Onun sözlərinə görə, sammitdə sərt Arktika şəraitinə uyğunlaşdırılmış silah və texnikanın genişmiqyaslı şəkildə satın alınması qərara alınıb. Mətbuat konfransının yayımı Avropa Şurasınun sədri Antoniu Koşta tərəfindən X sosial şəbəkəsində paylaşılıb.
“Uzun müddət Arktikanın təhlükəsizliyinə ciddi şəkildə yetərincə sərmayə qoymamışıq. Biz Arktika üçün yararlı silah və texnika, o cümlədən buzqıran gəmilər almağı planlaşdırırıq”, — deyə fon der Lyayen bildirib.
O, həmçinin Avropanın təhlükəsizlik və müdafiə sahəsində ABŞ ilə, eləcə də regiondakı digər tərəfdaşlarla — Kanada, Böyük Britaniya, İslandiya və Norveçlə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb.

