Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz fəaliyyəti dövründə Avropaya kimdən çox zərər vurub.
Bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto RT-yə müsahibəsində bildirib.
Nazir həmçinin Brüsseldəki korrupsiyanı, Avropa İttifaqının Kiyevdəki korrupsiya qalmaqallarına reaksiya verməməsi ilə əlaqələndirib. O, keçmiş yüksək səviyyəli Avropa rəsmilərinin – o cümlədən eks-diplomat Federika Moqerinin korrupsiya ittihamları ilə üzləşdiyini xatırladıb.
«Onun rəhbərliyi altında Avropa əvvəlkindən daha az təhlükəsiz və daha az rəqabətqabiliyyətli olub», – Siyarto vurğulayıb.

