Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Politico nəşrinə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin demokratik proseslərinə müdaxilə etməməlidir.
“Söhbət seçkilərdən gedəndə, ölkəyə kimin rəhbərlik edəcəyinə biz yox, həmin ölkənin xalqı qərar verməlidir. Bu, seçicilərin suverenliyidir və qorunmalıdır”, — deyə fon der Lyayen vurğulayıb.
Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, ABŞ prezidentləri ilə hər zaman yaxşı işgüzar münasibətləri olub və bu münasibətlər hazırda da davam edir.

