ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması naminə həm Ukrayna, həm də Rusiya güzəştlər edir. O, bu barədə jurnalistlərə təyyarənin göyərtəsində açıqlama verib.
“Hamı buna nail olmaq üçün güzəştlərə gedir”, — deyə Tramp vurğulayıb.
Əbu-Dabidə planlaşdırılan üçtərəfli görüşə toxunan ABŞ lideri qeyd edib ki, istənilən danışıqlar müsbət haldır, çünki onun sələfi Co Baydenin prezidentliyi dövründə bu cür görüşlər baş tutmayıb.
“Görək görüşdə nə baş verəcək”, — deyə Tramp əlavə edib.
Amerika Prezidenti bir daha bildirib ki, onun fikrincə, hər iki tərəf münaqişənin həlli ilə bağlı razılaşma əldə etmək istəyir.

