ABŞ prezidenti Donald Tramp Ukraynada gedən münaqişənin nizamlanması prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirib.
DenMedia.az xəbər verir ki, o, bu fikri Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşü zamanı səsləndirib.
“Rusiya və Ukrayna. Biz hələ sülhə çatmamışıq, amma düşünürəm ki, əhəmiyyətli dərəcədə irəliləmişik,” — deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Ukrayna münaqişəsində iştirak edən tərəflər nə vaxtsa “ağıllı qərar verəcək” və sülh sazişi imzalayacaqlar.
“Biz bu müharibənin sona çatdığını görmək istəyirik,” — deyə o vurğulayıb.

