ABŞ-da güclü qar fırtınasına görə ölkənin bir sıra ştatlarında minlərlə ev və obyekt elektrik enerjisiz qalıb.
DenMedia.az xəbər verir ki, bu barədə “Poweroutage” platforması məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə üzrə 230 327 abonentin elektrik təchizatı kəsilib.
Ən çox elektrik kəsintisi Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, Şərqi Texasdan Şimali Karolinaya qədər uzanan geniş ərazidə güclü qar yağışı və təhlükəli buzlanma gözlənilir.
“Mövcud şəraitlə əlaqədar olaraq ABŞ-ın ən azı 21 ştatında fövqəladə vəziyyət elan olunub. Yerli hakimiyyət orqanları əhaliyə zəruri ehtiyat tədbirlərinə əməl etməyi və mümkün qədər evdə qalmağı tövsiyə edir”, – deyə bildirilib.

