Argentinanın paytaxtı Buenos-Ayres və ətraf ərazilərində minlərlə sakin işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi güclü istilər fonunda enerji sistemində baş verən qəza ilə əlaqədar olub.
“‘Boskes’ yarımstansiyasında baş verən nasazlıq paytaxt və ətraf ərazilərdəki müxtəlif yarımstansiyalarda sıradan çıxmaya səbəb olub. Texniklərimiz artıq hadisə yerində işləyir”, — deyə yerli Edesur enerji şirkəti bildirib.
TN telekanalının məlumatına görə, elektrik enerjisinin kəsilməsi təxminən 953 min abonenti əhatə edib.
Hazırda elektrik enerjisinin verilməsi mərhələli şəkildə bərpa olunur, şəhərin cənub rayonlarında işıq artıq qaytarılıb.

