Tesla şirkətinin rəhbəri İlon Mask Model S və Model X elektromobillərinin istehsalının dayandırılması və Kaliforniyanın Frimont şəhərində yerləşən zavodun Optimus adlı insanabənzər robotların buraxılışı üçün yenidən qurulması planlarını açıqlayıb. Bu barədə o, çərşənbə günü investorlarla telefon konfransı zamanı bildirib. Məlumatı The Guardian yayıb.
İlon Mask qeyd edib ki, Model S və Model X proqramlarını başa çatdırmağın vaxtı çatıb və bu modellərin istehsalı növbəti rübdə dayandırılacaq. Onun sözlərinə görə, həmin avtomobillərin yığıldığı Frimont zavodu tam şəkildə Optimus robotlarının istehsalına yönəldiləcək.
Mask Optimus robotunu “bütün dövrlərin ən böyük məhsulu” adlandırıb. Bildirilib ki, robotun istehsalına 2026-cı ilin sonuna qədər, satışına isə 2027-ci ildə başlanması planlaşdırılır.

