Tesla səhmdarları şirkətin rəhbəri İlon Maska 1 trilyon dollarlıq mükafat verilməsini təsdiqləyiblər.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qərar Ostində keçirilən ümumi yığıncaqda qəbul edilib — təklif 75 faizdən çox səslə dəstəklənib.
Mask maaş və ya bonus almayacaq. Bunun əvəzində o, şirkətin bazar dəyərinin, mənfəətinin və elektromobil istehsalının artımı üzrə hədəflərə nail olduqca Tesla-nın səhmlərini əldə edəcək.
BBC-nin məlumatına görə, təsdiqlənmiş plan 7,5 il müddətinə hesablanıb və Maska şirkətdəki payını 12 faizədək artırmaq imkanı verəcək.

