Amerikalı sahibkar, SpaceX və Teslanın qurucusu Elon Mask bildirib ki, humanoid robot Optimus gələcəkdə yoxsulluğun aradan qaldırılmasına kömək edəcək.
Maskın sözlərinə görə, bu robot insanlara universal yüksək gəlir təmin edəcək.
O əlavə edib ki, Optimusun işləmə səviyyəsi ən yüksək ixtisaslı cərrahın bacarıqları ilə müqayisə oluna biləcək dərəcədədir. Bu isə robotun funksionallığının və əmək bazarını tamamilə dəyişdirmə potensialının göstəricisidir.

