ABŞ prezidenti Donald Tramp şəxsən Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, fevralın 1-dək Ukraynanın infrastrukturuna zərbələrin endirilməməsini xahiş edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Tramp bu addımı danışıqlar üçün daha əlverişli şərait yaratmaq məqsədilə atıb.
“Doğrudur, Tramp Putinə yazılı müraciət edərək Kiyevə zərbələrdən bir həftəlik, fevralın 1-dək çəkinməyi xahiş edib”, – deyə Peskov bildirib.

