Rusiya tərəfi Ukrayna üzrə mümkün sülh planına dair təklifləri hazırda təhlil edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, təkliflər RF Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev vasitəsilə prezident Vladimir Putinə təqdim olunub.
“Dmitriyevin Putinə təqdim etdiyi materialı təhlil edirik. Bu sənədlərin üzərində işləyirik və bundan sonra, dövlət başçısının verəcəyi qərarlardan asılı olaraq amerikalılarla təmaslarımızı davam etdirəcəyik”, — deyə Peskov bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, sonrakı addımlar birbaşa Putinin mövqeyindən asılı olacaq və yalnız bundan sonra ABŞ tərəfi ilə dialoqun formatı müəyyənləşəcək.

