Dubayda yeni zərgərlik kvartalının yaradılması çərçivəsində qızılla döşənmiş küçənin tikintisi planlaşdırılır.
Bu barədə The Independent nəşri məlumat yayıb.
Məlumata görə, “Qızıl kvartal” Dubay əmirliyində zərgərlik sənayesi üçün xüsusi yaradılmış bir rayon olacaq. Layihənin əsas məqsədi turistləri və alıcıları cəlb etməkdir, – deyə Ithra Dubai inkişaf şirkəti bildirib. Şirkət əlavə edib ki, layihə ilə bağlı detallı məlumatlar mərhələli şəkildə açıqlanacaq.
Dubayın Festival və Pərakəndə Ticarət İdarəsinin baş direktoru Əhməd əl-Həccə bildirib ki,
“Qızıl Dubayın mədəni və kommersiya həyatına dərindən bağlıdır, irsimizi, rifahımızı və sahibkarlıq ruhumuzu simvolizə edir. Bu simvolik məkan vasitəsilə biz yalnız irsimizə ehtiram göstərmirik, eyni zamanda onu yaradıcılıq və davamlı inkişafla xarakterizə olunan yeni dövr üçün yenidən düşünürük.”
Yerli KİV-lərin məlumatına görə, bu ərazidə qızıl, zinət əşyaları, ətir və kosmetika satışı ilə məşğul olan 1000-dən çox mağaza, eləcə də altı yeni otel fəaliyyət göstərəcək. Kvartal Dubayın ən qədim ənənəvi bazarlarından biri olan Qızıl bazarının yaxınlığında yerləşəcək.
Qeyd olunur ki, “qızıl küçə”nin tikinti dəyəri hələlik açıqlanmayıb.

