Almaniyada bazar ertəsi bələdiyyə nəqliyyatı işçilərinin kütləvi tətili keçiriləcək. Ver.di həmkarlar ittifaqının məlumatına görə, ictimai nəqliyyatın hərəkəti ölkənin böyük hissəsində dayandırılacaq.
Berlin, Hamburq və Bremen şəhərlərində nəqliyyat tamamilə iflic olacaq. Tətil Bavariya, Şimali Reyn–Vestfaliya, Hessen və digər bölgələrdə də keçiriləcək. Yeganə istisna Aşağı Saksoniyadır.
Deutsche Bahn qatarları normal rejimdə işləyəcək, uzaq və regional marşrutlarda dəyişiklik olmayacaq.
Tətildə təxminən 100 min işçi iştirak edəcək. Tələblər arasında iş saatlarının azaldılması və ödənişlərin artırılması var.

