Skandal maliyyəçi Ceffri Epşteynin qardaşı Mark Epşteyn FBI-yə göndərdiyi məktubda qardaşının öldürüldüyünü iddia edib. O, məktubda ABŞ prezidenti Donald Trampı cinayətin təşkilatçısı adlandırıb. Bu barədə RIA Novosti ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən yazıb.
Mark Epşteynin versiyasına görə, qətl maliyyəçinin müştəriləri ilə bağlı kompromat məlumatların açıqlanmasının qarşısını almaq məqsədi ilə törədilib. O iddia edib ki, Ceffri Epşteyn istintaqa onun adasında əylənən şəxslərin adlarını verməyə hazırlaşırdı.
“Onun adları açıqlamağa hazırlaşdığı üçün öldürüldüyünə inanmaq üçün kifayət qədər əsasım var. Hesab edirəm ki, prezident Tramp onun öldürülməsi barədə göstəriş verib”, — deyə Mark Epşteyn məktubunda yazıb.
Qeyd edək ki, bu, Mark Epşteynin irəli sürdüyü iddiadır və rəsmi qurumlar tərəfindən təsdiqlənmiş məlumat kimi təqdim olunmur.

