ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin işi çərçivəsində onunla bağlı yeni fotoların ortaya çıxmasını ciddi problem hesab etmədiyini bildirib. O, bunu jurnalistlərin suallarını cavablandırarkən deyib. Açıqlama Ağ Evin YouTube kanalında yayımlanıb.
“Burada böyük bir problem yoxdur. Bu barədə heç nə bilmirəm”, — deyə Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, Florida ştatının elit Palm-Biç bölgəsində hamı Epşteyni tanıyırdı. Onun sözlərinə görə, maliyyəçinin yüzlərlə fərqli insanla şəkilləri var idi.
Bir gün əvvəl ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan Demokrat Partiyası üzvləri Epşteyn işi üzrə 95 min fotoşəkil əldə ediblər. Demokratlar bildiriblər ki, bu materiallar maliyyəçinin dünyanın ən nüfuzlu şəxslərindən bəziləri ilə münasibətləri barədə daha çox sual doğurur.
Qeyd edək ki, Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı Manhetten iqamətgahına və şəxsi adasına onlarla azyaşlı qızı gətirməkdə ittiham olunub. İstintaq müəyyən edib ki, həmin qızlardan ən kiçiyinin yaşı 14 olub. 2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

