ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərə əsasən, maliyyəçi Ceffri Epşteynin yazışmalarında Dalay Lamanın adı 150-dən çox dəfə çəkilib.
Açıqlanan materiallardan görünür ki, Tibetin ruhani liderinin adı yazışmalarda dəfələrlə xatırlanıb. Sənədlər həmçinin Epşteynin Dalay Lama ilə görüş təşkil etməyə cəhd göstərdiyini də göstərir.
Hazırda Dalay Lamanın ofisi bu məlumatlara münasibət bildirməyib.
Qeyd edək ki, Epşteyn 2019-cu ildə insan alveri və fahişəliyə cəlbetmə ittihamları ilə yenidən həbs olunub. Həmin il o, Nyu-York həbsxanasında ölü tapılıb.
Ceffri Epşteyn azyaşlıların cinsi istismarı məqsədilə şəbəkə yaratmaqda ittiham olunan amerikalı maliyyəçi kimi tanınıb.

