Macarıstanın Əsas Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç Rusiyaya qarşı yeni sanksiya paketini “divara çırpılmağa” bənzədib. O, bu fikirləri X sosial şəbəkəsində paylaşıb və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə istehzalı çağırış edib.
Koşkovich Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlamasını məsxərəyə qoyaraq bunu “sadəcə möhtəşəm” adlandırıb.
“Zəhmət olmasa, başınızı kərpic divara çırpmamışdan əvvəl heç olmasa dəbilqə taxın”, — deyə analitik yazıb.
Qeyd edək ki, fon der Lyayen daha əvvəl bəyan etmişdi ki, 20-ci sanksiya paketinin əsas elementi Rusiyanın neft daşımalarına tam xidmət qadağası olacaq. Paketə, həmçinin, 20 Rusiya regional bankına qarşı məhdudiyyətlər və yeni maliyyə əməliyyatları qadağaları da daxil ediləcək.

