Denmedia.az xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadadakı görüşündən sonra keçirilən brifinqdə ABŞ-ın mətbuat katibi Marko Rubio bildirib ki, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar üçün imkanları demək olar ki, bitib.
Rubio vurğulayıb ki, ABŞ artıq Rusiyanın ən böyük neft şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib, “kölgə donanması” ilə mübarizəni isə coğrafi yaxınlıq səbəbilə Avropa ölkələri həyata keçirməlidir.
“Artıq sanksiya tətbiq edə biləcəyimiz hədəflər tükənir… Başqa nə etmək lazım olduğunu bilmirəm”, — deyə Rubio bildirib.

